Dünən Ermənistan parlamentində çıxış edən bu ölkənin baş naziri Nikol Paşinyan bir sıra sualları cavablandırıb. JAMAZ.İNFO xəbər verir ki, erməni müxalifətinin Paşinyana verdiyi əsas suallar Qarabağ və sərhədlərin müəyyən edilməsi ilə bağlı olub.
Məlumata görə, Ermənistanın baş naziri Qarabağla bağlı suallara ehtiyatlı cavab verməyə çalışıb. O bir çox sualları cavablandırsa da, Qarabağın ermənilərin olaraq qalacağı barədə heç nə deməyib. Belə ki, o, müxalifətçi deputatların israrla “Qarabağ ermənilərin olaraq qalacaq, Qarabağsız Ermənistan yoxdur” cümləsini deməkdən imtina edib.