Xəbər verildiyi kimi, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun müavinlərinə məxsus xeyli sayda biznes ortaya çıxıb. Bu gün onlardan daha bidirinin biznes şəbəkəsi aşkarlanıb. JAMAZ.İNFO xəbər verir ki, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli bu dəfə Fövqaladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğluna məxsus biznes şəbəkəsi barədə maraqlı məlumat yayıb.
Belə ki, Elvin Hacıyev də biznesdə öz “fövqəladə qabiliyyətlərini” göstərib. Onun geniş restoranlar şəbəkəsi, zavodları və digər biznesləri var. Siyahını təqdim edirik:
– “BOL SÜFRƏ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2010-cu ildə BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ABBAS SƏHHƏT, ev 73 ünvanında hüquqi qeydiyyatdan keçib)
– “BABYLON-GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2012-ci ildən BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, BÖYÜK QALA, ev 39, m. 7/8 ünvanında hüquqi qeydiyyatdadır)
– “BABYLON AQRO” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
– “BT PROJECT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ildə BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, BÖYÜK QALA, ev 39, m. 7/8 ünvanında hüquqi qeydiyyata alınıb).
– “APİ DELTA GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü ildə QAX RAYONU, LƏKİT kəndində hüquqi qeydiyyata alınıb).
TƏSƏRRÜFAT VƏ OBYEKTLƏR
– Bakınən Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən İSTİXANA (“BOL SÜFRƏ” MMC);
– Qax rayonunda 2000 arı ailəsindən ibarət ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ (“Api Delta Group);
– Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət NƏRƏ VƏ SAZAN BALIĞI FERMASI (“Babylon Agro”);
– SULTANAHMET KÖFTECİSİ – Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16 (“Babylon Group”);
– SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) – (“Babylon Group”);
– SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) – “Babylon Group”);
– “Babylon Group” eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib.
– “Babylon Group” həmçinin Caspian Business Mərkəzində və Kaspi Litseyində katering xidməti göstərir.
– Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı (“BT Project” MMC).
– Bakının “Torqovıy” kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI (“Babylon Group”)
– TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsindədir.
– Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dollar aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir.
– Elvin Hacıyev özünü film industriyasında da sınamağa çalışıb. “Sudan”, “3 Otaq”, “T of Generation”, “Zərdüşt belə deyərdi” kimi qısa metrajlı film ve serialları hazırlayan “Babylon Film” ABŞ-da yaşayan rejissor Orxan Ata və “Babylon Invest” tərəfindən yaradılıb.
Qeyd edək ki, Elvin Hacıyev bir dəfə müsahibəsində bildirib ki, restoran biznesi onun öz təşəbbüsü ilə formalaşıb, ancaq “Babylon Agro” və “Technol” ailəsindən gələn layihələrdir. Yəni bu biznes birbaşa Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev aiddir.