Bir müddət əvvəl Qafan-Gorus yolu ilə hərəkət edən erməni sürücünün Azərbaycan polisi tərəfindən saxlanıldığı və yol-hərəkət qaydasını pozuduğuna dair xəbər yayılmışdı. Həmin hadisədən sonra erməni sürücü bildirmişdi ki, Azərbaycan polisi ona cərimə yazıb və protokol tərtib edib. Və bildirib ki, əgər həmin cəriməni ödəməsə, növbəti dəfə yolla keçərkən, avtomobili əlindən alınıb, cərimə meydançasınma qoyulacaq.
Qeyd edək ki, bu hadisə Ermənistanda böyük səs-küyə səbəb olmuşdu. Hətta rəsmi qurumlar məsələ ilə bağlı açıqlama verərək, bunu araşdıracaqlarını demişdilər. Cərimə olunan erməni sürücü isə növbəti dəfə Qafana getmək üçün cərimən harada və necə ödəyəcəyinin dərdini çəkdiyini deyirdi.
Dünən isə Qafan-Gorusa yolunda buna bənzər daha bir hadisə baş verib. JAMAZ.İNFO xəbər verir ki, yolun Vorotan hissəsində erməni sürücü maşını saxlayaraq, yolunm kənarında üzərinə “Azərbaycana xoş gəlmisiniz!” sözü yazılmış tablonun fotosunu çəkib. Yola davam edən kimi, sürücünü ərazidə xidmət edən Azərbaycan polisi və rus hərbçiləri saxlayıblar. Ona bildiriblər ki, Azərbaycan qanunlarına görə, xarici vətəndaşlar sərhəd-keçid məntəqələrinin, habelə sərhədin fotolarını çəkməsi qadağandır və buna görə, cərimə nəzərdə tutulur. Ardından isə hərmin erməni sürücünü 100 min dram, təxminən 22 dollar cərimə ediblər. Üstəlik, çəkdiyi fotoşəkili də telefondan siliblər. Tələb olunub ki, həmin cərimə qısa müddət ərazində ödənilməsə, erməni sürücüyə növbəti dəfə yoldan keçməyə icazə verilməyəcək.
Gələn məlumatlara görə, erməni sürücü oradakı rus və Azərbaycan hərbçilərindən xahiş edib ki, cəriməsini silsinlər və o, bir daha belə hallara yol verməyəcək. Ona sonuncu dəfə xəbərdarlıq edilib və cəriməsi silinib.
JAMAZ.İNFO xəbər verir ki, hal hazırda Qafan-Gorus magistralında erməni maşınlarına hər iki saatdan bir keçid imkanı verilir. Belə ki, 20 maşın yığışdıqdan sonra onların keçməsi təmin olunur.