Ölkə içi

Ağdaş xəstəxanasında nə baş verir? – TƏBİB-dən açıqlama

Tibbi Ərazi Bölmələrinin İdarətemə Birliyi (TƏBİB) Ağdaş rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstəyə 4 gündür su və maska verilməməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Qurumun mətbuat katibi Elnarə Baxış Qaynarinfo-ya bildirib ki, sözügedən xəstəxanada koronavirus xəstələri təlimata uyğun müalicə olunurlar:
“Maska və su ilə bağlı hər hansı problem mövcud deyil. Ağır xəstələr reanimasiya şöbəsində, yüngül və orta-ağır xəstələr isə digər yoluxucu şöbədə mualicə olunurlar”.
Qeyd edək ki, hüquq müdafiəçisi Lətafət Məlikova Ağdaş Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrə baxımsızlıqdan şikayətlənib. O bildirib ki, koronavirusa yoluxan bacısı həmin xəstəxanada mülaicə olunur, həkimlər ona 4 gündür nə maska, nə də su verirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button