Qafanla sərhəddə yerləşən Ağdağ dağının Azərbaycan Ordusunun nəzarətə keçməsi Ermənistanda ciddi səs-küyə səbəb olub. Artıq bir neçə dövlət qurumu, o cümlədən Ermənistanın Müdafiə Nazirliyi bununla bağlı açmıqlama yayaraq, məlumatın real olmadığını bildiriblər. Lakin məsələ ətrafında gərginlik və müzakirələr davam edir.
Qeyd edək ki, Azərbaycan tərəfi də bununla bağlı hər hansı bir açıqlama vermir. İndiyə qədər rəsmi qurumlarımız bu mövzu ilə bağlı bir kəlmə də olsun danışmayıb.
JAMAZ.İNFO xəbər verir ki, Ağdağın Azərbaycanın nəzrətinə keçməsi barədə xəbərin müəllifi, Qafanın meri Qorq Parsyan bununla bağlı daha bir açıqlıama yayıb. O deyib ki, Ağdağın hansı strateji əhəmiyyətə malik olduğunu yaxşı bilirlər. “Biz mümkün qədər çalışdıq ki, dağı əlimizdə saxlayaq. Amma buna nail ola bilmədik”.
Parsyan Azərbaycan Ordusunun dağı necə nəzarətə götürdüyünün detallarını da açıqlayıb. Onun sözlərinə görə, hələ ötən ilin 18 dekabrında Ordu hissəslərimiz Ağdağın bir hissəsində yerləşməyə başlayıb.
“Bir neçə dəfə cəhd etdikdən sonra Azərbaycan əsgərini geri göndərə bildik. Amma mən onlara heyran qaldım. 4-5-ci dəfə böyük bir ordu ilə üstümüzə gəldilər. Və tələb etdilər ki, əgər biz oradan çıxmasaq, onlar zorla dağı götürəcəklər. Bundasn sonra üçtərəfli danışıqlar başladı və qərara alındı ki, dağda heç bir qoşun dayanmasın, Yalnız Azərbaycan, Ermənistan və Rusiya sərhədçiləri dayansınlar. Razılaşdığımız kimi də oldu”.
Qafanın meri onu da deyib ki, hazırda bir neçə kəndi birləşdirən yol Azərbaycan Ordusunun nəzarətindədir. Onlar faktiki olaraq Vardavankdan keçən alternativ yoldan istifadə edirlər. “Strateji əhəmiyyət kəsb edən ərazidə, o cümlədən Ağdağ da əvvəllər Rusiya sərhədçiləri var idisə, indi onlar yoxdurlar. Onlar çoxdan çıxıb gediblər. Rusların yerində isə Azərbaycan əsgəri dayanır”.