ManşetÖlkə içi

Rus və erməni mediasından iddia: “Xocavənddə bir rus əsgəri öldürülüb, biri isə yaralanıb”

Oktyabrın 12-də Xocavənd rayonunun Tağavard kəndi yaxınlığında bölgədə xidmət edən rus sülhməramlıların bir əsgəri öldürülüb, biri isə başından aldığı güllə yarası səbəbindən hospitala yerləşdirilib. JAMAZ.İNFO xəbər verir ki, hadisənin hansı şəraitdə baş verdiyi barədə dəqiq məlumat yoxdur. Yaralı rus əsgərinin isə vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, bəzi rus mətbuatı, habelə erməni mediası bütünlüklə iddia edir ki, guya, rus hərbçilərinə Azərbaycan Ordusu hücum edib. Aralarında insident yaşanıb və onlar güllələnib. Hətta sosial şəbəkələrdəki erməni seqmentində məsələni bir qədər də böyüdərək, guya, Azərbaycan Ordusu oktyabrın 12-də Tağavarda hücum edib. “Onların qarşısını almağa çalışan rus sülhməramlıları döyüş zamanı yaralanıblar. Onlardan biri ölüb, digərinin isə vəziyyəti ağırdır”.

Bu əsnada Rusiya hərbi sənaye kompleksinə yaxın olan Avia.Pro saytı da iddia edib ki, guya, həmin rus hərbçiləri Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldürülüb.

Qeyd edək ki, Azərbaycan Ordusu nəinki Xocavənd, ümumiyyətlə, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə hər hansı əməliyyat, hücum və sair keçirməyib. Tağavard kəndində isə ümumiyyətlə, hər hansı atışma baş verməyib. Əgər belə bir hal baş versəydi, rəsmi qurumlar bunu təsdiqləyərdilər.

Bildirək ki, hazırda Qarabağda xeyli sayda başıpozuq silahlı dəstələr var. Onlar nəinki separatçılara, ümumiyyətlə, heç kimə tabe olmurlar. Hələ 10 noyabr anlaşmasından sonra Çanaxçıda 70 erməni diversantın saxlanılması, Ağdərə və Xocavənddə mövqelərimizə hücumların baş verməsi halları da təsdiq edirdi ki, Qarabağdakı silahlıların bir çoxu özünə ayrıca komandanlıq seçib və kimsəyə də tabe olmaq fikrində deyil.

Bundan başqa, Türkiyənin samballı mediası ilə yanaşı, siyasi dairələr də bəyan edirdilər ki, atəşkəs imzalanandan bu ilin yanvarın ortalarına kimi, Qarabağda ermənilərin hücumları nəticəsində 11 rus hərbçisi öldürülüb. Eyni zamanda, bir müddət əvvəl Ağdərədə ermənilərin rus sülhməramlılarına hücum etməsi, aralarında atışmanın olduğu barədə də təsdiqlənmiş məlumatlar vardı.

Görünən odur ki, ermənilər Rusiyadakı bəzi havadarları ilə birləşərək, Azərbaycan əleyhinə kampaniyaya start veriblər. Onlar rəy yaratmağa çalışırlar ki, guya, Azərbaycan tərəfi rus sülhməramlılarına atəş açır, onları öldürür və bununla da bölgədən getmələrinə nail olmağa çalışır. Bu xeyli müddətdir davam edən prosesin detallarından biridir və buna paralel olaraq, ermənilərin təxribatlara əl atdıqları da sirr deyil.

Aydın məsələdir ki, bütün bunlar yalan məlumatdır. Yəni, cinayət ermənilər tərəfindən həyata keçirilib və günahı bizim üzərimizə atmaq istəyirlər. Tağavardda əgər belə bir hadisə baş veribsə, rusların güllələnməsini ermənilər özləri həyata keçiriblər. Şübhəsiz ki, onların bu təxribatları baş tutmayacaq, planları isə başlarında çatlayacaq. Ağıllarınca aranı vurmaq istəyirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button