ManşetSiyasət

Keçmiş baş nazir: “Azərbaycanla müharibə bitməyib, davam edir”

“Təkcə Ermənistan və Dağlıq Qarabağ deyil, Azərbaycan və Türkiyə də keçən ilki 44 günlük müharibənin nəticələrindən narazıdır”.  JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın sabiq spikeri və baş naziri Xosrov Arutyunyan deyib.

Onun sözlərinə görə, tərəflərin narazılığı müharibənin hələ bitməməsi deməkdir. “Ermənistan bir sıra xarici təhdidlərlə üzləşib. Baş nazir bunu da bəyan edib. Bildirməliyik ki, müharibə bitməyib, davam edir”.

Arutyunyan bildirib ki, münaqişə yeni formada davam edir. “Lakin düşmənin məqsədi regionda yeni geosiyasi konfiqurasiya formalaşdırmaqdır. Türkiyə müharibədən gözlədiyi nəticəni ala bilmədi. Bu ölkə əslində Azərbaycanın bütün hərbi hərəkətlərinə rəhbərlik edirdi. Lakin üçtərəfli bəyanat onun iştirakı olmadan qəbul edildi”.

Sabiq baş nazir söyləyib ki, bu gün İranın da nəticələrdən məmnun olmadığı artıq göz qabağındadır. “Müharibədən sonra rəsmi Tehran Bakını “ərazi bütövlüyünün bərpası” münasibətilə təbrik etməyə tələsdi. Lakin bu gün fəal şəkildə özünün təhlükəsizliyi ilə bağlı məsələlər qaldırır. Sünikdən keçəcək qondarma “dəhliz”dən bəhs edirik. İran bunun Qara dənizlə əlaqələrinin kəsəcəyini və ona qarşı yönəldiləcəyini yaxşı anlayır”.

Arutyunyanın sözlərinə görə, Azərbaycanın Gorus-Qafan avtomobil yolunda hərəkətləri açıq şəkildə İran yük maşınlarının, ya Türkiyə, ya da Azərbaycan ərazisindən keçməyə məcbur etmək məqsədi daşıyır.

“3 + 3” formatına toxunan Arutyunyan qeyd edib ki, bu, Qərb ölkələrini bölgədən sıxışdırmaq cəhdidir. “Bu o deməkdir ki, bölgədə Rusiya, İran və Türkiyədən başqa əsas oyunçular qalmayacaqlar. Bu isə Ermənistanın maraqlarına cavab vermir”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button