Ölkə içi
Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü bayram kimi qeyd ediləcək
Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
JAMAZ.info xəbər verir ki, bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.