ManşetSiyasət

SEPAH-ın adamından Azərbaycana hədə: “1000 raket atıb, müharibəni bir gündə bitirərik”

Azərbaycanla İran arasında münasibətlər gərginlik səviyyəsinə görə, pik həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, Tehran davamlı olaraq Bakını təhdid edir və bunu ən üst səviyyədə dilə gətirməkdən çəkinmir.

Qeyd edək ki, Azərbaycan tərəfi bu gün İranın ali dini lideri olan Əli Xamineyinin Bakıdakı ofisini bağlayıb. Rəsmi qurumlar ofis və onun nəzdindəki mçəsciddə koronavirus riskinin olması səəbəbindən bu addımları atdıqlarını bildiriblər.

Azərbaycanın Xamineyinin Bakıdakı nümayəndəliyini bağlamasından bir neçə saat sonra isə İranın İnqilab Keşikçiləri Ordusudan (SEPAH) təhdid mesajı gəlib. JAMAZ.İNFO xəbər verir ki, SEPAH-ın çox yaxın adamı olan və onun mövqeyini mediyada işıqlandıran jurnalist  Hüseyn Daliryan özünün Tvitter səhifəsində tvit paylaşıb. Daliryan yazıb: “İran Azərbaycandakı strateji hədəflərə 1000 ədəd raket ataraq, müharibəni bir gündə bitirmək gücündədir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button