Sosial

Ağsuda məmur özbaşınalığı – Zəlzələdə evi dağılan vətəndaşın probleminə baxan yoxdur

Ağsu rayon Qaraqaşlı kənd sakini Nadirə Qafarovanın evi bərbad vəziyətdədir. Bu barədə JAMAZ.info-ya vətəndaşın özü bildirib. Onun sözlərinə görə, Ağsuda baş verən zəlzələ zamanı evi tamamilə yararsız hala düşüb. “Ağsu rayon icra hakimiyyətinin və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları evə baxış keçiriblər və evin təmir olunması ilə bağlı smeta tutublar. Halbuki  evin təmirə yox, yenidən tikiləmyə ehtiyacı var. Komissiyanın göstərişi ilə evin bir hissəsi sökülüb. Bundan sonra isə evlə maraqlanan olmayıb”, – deyə Nadirə Qafarova bildirib.

Vətəndaş deyib ki, hara müraciət etsə də, heç bir nəticəsi yoxdur. Hazırda körpə uşaqları ilə yağışın altında qalıb.

Məsələ ilə əlaqədar Ağsu rayon İcra Hakimiyyətindən bildirirlər evə baxış keçirilib və smeta dəyəri tutularaq, podratçı təşkilata təqdim olunub.

JAMAZ.info

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button