44-cü dairədə müəmma:Zakir Fərəcov kimin yolunu təmizləyir?

  • GÜNDƏM
  • 24.01.2020 17:03
  • 84 dəfə oxundu

44 saylı Sumqayıt-Xızı seçki dairəsində necə deyərlər sular durlur. Əvvəlcə deputatlığa namizədliyi qeydə alınmış bitərəf Hacı Salayevin namizədliyini gözlənilmədən geri götürdü. Bu seçkilərdə illər sonra siyasi meydanda peyda olmuş Yurddaş Partiyasının sədri Mais Səfərli qəfil meydana çıxdı, amma o da namizədliyi qeydə alındıqdan az sonra heç bir səbəb göstərmədən marafondan ayrıldı.  

AFN-ə daxil olan məlumata görə, bundan sonra tanımış şahmatçı, Sumqayıtın fəxri Zeynəb Məmmədyarovaya da namizədliyini geri götürməsi üçün müraciət olunub. Amma qrossmeyster bu təklifi rədd edib.

Araşdırmalarımızdan sonra məlum oldu ki, bütün bu oyunlar 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Məmmədov Müşfiq Fazil oğlunu millət vəkili seçdirmək üçüm imiş. Bütün bunların başında isə Sumqayıt şəhər icra hakmiyətinin başçısı Zakir Fərəcov durur. Niyəsi isə çox sadədir: Müşfiq Məmmədov Zakir Fərəcovun ən yaxın adamlarından olan “Qartal” Tikinti Firmasının direktoru Şahin Məmmədovun bacısı oğludur. Sumqayıtdakı mənbənin dediyinə görə, bu şəhərdə aparılan əksər tikinti işləri məhz Fərəcov tərəfindən Məmmədova tapşırılır.

Mənbə ortada külli miqdarda pulun da olduğu barədə bilgilər verir. Amma bütün bunları dəqiqləşdirmək imkanından məhrumuq. Bir sözlə, 44-cü dairədə Müşfiq Məmmədovun deputat seçilməsi üçün onun yolunu təmizləməklə məşğuldurlar.


Posts Carousel

Xəbər lenti

Video xəbərlər